Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub
31.08.2018 16:19
  • A-
  • A
  • A+

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin qəbirüstü abidəsi qoyulub.

Abidəni məşhur heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov hazırlayıb. O, abidənin orijinal və tamamilə fərqli üslubda olduğunu bildirib:

"Qəbirüstü abidədə qapı simvolu var. Mənası odur ki, Lütfi Zadə dünya elminin qapısını açıb. Qapı üzərində elmi əks etdirən rəmzlər də işlənilib. Bu, elmə böyük açılışdır".

Qeyd edək ki, Lütfi Zadə 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: