“Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalı “İdealonline” beynəlxalq indeksində qeydiyyata alınıb. Bu qeydiyyata əsasən rüblük nəşr olunan akademik jurnal "EBSCO" beynəlxalq informasiya xidmətinin loqosu ilə çap ediləcək.
566 elmi jurnal, 74947 məqalə, 388 kitab təqdim edən “İdealonline” dünya tədqiqatçılarının üz tutduğu etibarlı və zəngin mənbələrdən biri hesab edilir. “Metafizika” Azərbaycandan ictimai elmlər sahəsində bu nüfuzlu indeksi alan ilk jurnaldır.
Qeyd edək ki, 7 ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir. Nəşrin baş redaktoru fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikovdur. 6 dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.