www.science.az
27.08.2018 16:36

Rusiyalı alim AMEA-nın Elm Tarixi İnstitutunda olub

Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova AMEA-nın Elm Tarixi İnstitutunda olub.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli ilə görüş zamanı müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və aparılan tədqiqatlar işləri barədə məlumat verilib, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ölkəmizin regionda strateji rolu və həyata keçirilən proqramlardan bəhs edilib.

Sonra institutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı Rusiya-Azərbaycan münasibətlərinə dair məruzələrlə çıxış ediblər.

Sonda rusiyalı alim Elm Tarixi İnstitutu ilə birgə layihələrin və elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.