Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gəncə şəhərinin tarixindən bəhs edən monoqrafiya Çexiyada işıq üzü görüb
24.08.2018 14:55
  • A-
  • A
  • A+

Gəncə şəhərinin tarixindən bəhs edən monoqrafiya Çexiyada işıq üzü görüb

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun müəllifi olduğu “Gəncə şəhərində sənətkarlıq sahələrinin innovativ texnologiyalarla tədqiqinin tətbiqi əhəmiyyəti – Tarixi-etnoqrafik tədqiqat” adlı monoqrafiya Çexiyanın paytaxtı Praqa şəhərində ingilis dilində çap olunub.

Kitab Gəncə şəhərinin tarixində ictimai və humanitar elmlər sahəsində Avropada xarici dildə nəşr edilmiş ilk monoqrafiyadır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən vəsaitin elmi redaktorları - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, etnoqrafiya üzrə elmlər doktoru, professor Nərgiz Quliyeva və Çexiya İctimai Elmlər Akademiyasının professoru İlona Doroşinadır.

Nəşrin rəyçiləri isə ABŞ-ın Smitson İnstitutunun Antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Teylor və İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.

Monoqrafiya dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin beytləri ilə başlayır. Kitab AMEA Gəncə Bölməsi ilə İtaliyanın Sapienza Universitetinin və İctimai Elmlər üzrə Aralıq Dənizi Hövzəsi Elmi-Tədqiqat Mərkəzinin birgə əməkdaşlıq layihəsinin elmi nəticələrini özündə əks etdirir.

Vəsaitin üz qabığında isə Britaniyanın paytaxtı London şəhərindəki “Viktoriya və Albert” muzeyində mühafizə edilən Gəncə xalçası təsvir olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: