Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Keramika üçün ilk 4D-çap texnologiyası hazırlanıb
21.08.2018 11:57
  • A-
  • A
  • A+

Keramika üçün ilk 4D-çap texnologiyası hazırlanıb

Çinin Honkonq Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan ilk dördölçülü keramika çap texnologiyasını hazırlayıb.

Keramika yüksək ərimə temperaturuna malik olduğuna görə onun istehsalı üçün adi lazer çapından istifadə etmək çətinlik yaradır. Üçölçülü keramika predmetlərinin formasını dəyişdirmək praktik olaraq qeyri-mümkündür ki, bu da həmçinin mürəkkəb formalı çap keramikasının istehsalına mane olur. Bu problemlərin aradan qaldırılması üçün Çin alimləri polimer oksid prekursorları və ya polimer və keramika nanohissəciklərinin qarışığından ibarət olan “keramik mürəkkəb” hazırlayıblar. Mürəkkəbdən yaradılmış 3D-çap olunmuş keramika detalları yumşaq olur və uzadıla bilir. Bu elastik predmetlərdən oriqami prinsipi üzrə əmələ gələn mürəkkəb formalar yaratmaq mümkündür.

Qeyd edək ki, 4D-çap texnologiyası əlavə vaxt elementini özündə birləşdirən adi üçölçülü çapdır: çap obyektləri formanı dəyişə və ya xarici təsir (temperatur və ya maqnit sahəsi) nəticəsində çapdan sonra lazımi fiqurlar şəklində müstəqil cəmləşə bilir. Yeni tədqiqatda mühəndislər tərəfindən gərilmə sayəsində çap edilmiş altlıqda əmələ gələn enerjidən istifadə edilib. Gərilmiş keramika predmetləri müstəqil lazımi formanı alır, daha sonra termik işləmə onları möhkəm keramikaya çevirir.

www.naukatv.ru

  • Paylaş: