www.science.az
20.08.2018 15:54

AMEA-nın Yüksək Texnologiyalar Parkı “KITAB" layihəsinə dəstək verəcək

AMEA-nın Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzi “KITAB" layihəsini inkubasiya proqramına qəbul edib.

Biznes İnkubasiya Mərkəzi layihə komandasını iş mühiti ilə təmin edəcək. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlar ilə görüşü təşkil olunacaq.

Qeyd edək ki, “KITAB” layihəsi cəmiyyətdə kitab oxumanın təbliğ edilməsi, kitablar haqqında sistemli informasiyanın toplanması, statistik məlumatların hazırlanması kimi bir funksiyaları icra edən onlayn platformadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.