www.science.az
14.08.2018 16:54

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə müsabiqənin nəticələri elan olunub

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunacaq.

Magistraturanın boş qalan 2 min 533 plan yerinin müsabiqəsində iştirak üçün 631 bakalavr müraciət edib. Onlardan 448 nəfər magistratura səviyyəsinə qəbul olunub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olunanlar avqustun 16-dan 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.