www.science.az
02.08.2018 09:50

Mərkəzi Nəbatat Bağında “CİS məktəbi 2018” layihəsi çərçivəsində təlim keçirilib

AMEA Mərkəzi Nəbatat Bağınında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Coğrafi İnformasiya Sistemləri (CİS) məktəbi” layihəsi çərçivəsində təlim keçirilib.

Bağın İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyevin rəhbərliyi ilə keçirilən təlim "Çöl tədqiqatlarında GPS cihazlarından istifadə və səmt müəyyən etmə" mövzusuna həsr olunub.

Öncə iştirakçılara Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası və burada aparılan tədqiqat işləri haqqında geniş məlumat verilib. Onlara GPS naviqatorun iş prinsipi, növləri, istifadə oluna biləcək sahələr, koordinat təyini, seçilmiş koordinat nöqtələrinə GPS ilə getmə və s. üzrə nəzəri və praktiki məşqlər keçirilib.

Təlim, alınan koordinatların Google Earth və ArcGIS10 program təminatında istifadə qaydası, program təminatlarının landşaft memarlığında istifadəsi və 3D dendroplanların qurulması mövzularında praktiki məşğələlərlə davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.