Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Lənkəranda “Azərbaycanda çayçılığın və çəltikçiliyin inkişaf potensialı” mövzusunda müzakirələr aparılıb
31.07.2018 10:56
  • A-
  • A
  • A+

Lənkəranda “Azərbaycanda çayçılığın və çəltikçiliyin inkişaf potensialı” mövzusunda müzakirələr aparılıb

Lənkəranda keçirilən elmi-praktik seminarda “Azərbaycanda çayçılığın və çəltikçiliyin inkişaf potensialı” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov ölkəmizdə aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər və Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət proqramları barədə məlumat verib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialının direktoru İltifat Kərimov çıxışında Azərbaycanda çayçılığın vəziyyətindən və əsas problemlərindən danışaraq bildirib ki, çayçılığın inkişafı iqtisadiyyata müsbət təsir göstərəcək və ixracyönümlü məhsul kimi ölkənin gəlirlərinin artmasına xidmət edəcək.

Elmi-praktik seminarda AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyevin “Çay plantasiyalarının salınmasının müasir texnologiyaları” mövzusunda məruzəsi dinlənilib. O, torpağın su rejiminin bütövlükdə nizamlanması, çay plantasiyalarında sabit yüksək məhsul almaq üçün suvarmanın tətbiqi, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən danışıb.

Tədbirdə, həmçinin "Modern çay tinglərinin yetişdirilmə texnologiyası", "Azərbaycanda çəltikçiliyin inkişafı", “Çay və sitrus meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı inteqrir mübarizə tədbirləri” mövzularında məruzələr dinlənilib, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: