Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunda Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb
31.07.2018 09:19
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb

AMEA Tarix İnstitutunun Elmi şurasının qərarına əsasən, bu elm müəssisəsində Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb.

Yeni mərkəz Azərbaycanın ümumdünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın türk-müsəlman dünyasındakı yeri və roluna, xüsusilə strateji coğrafi məkan olaraq əhəmiyyətinə dair araşdırmalara diqqət yetirəcək. Bu mərkəz vasitəsilə xalqımızın tarixi xarici ölkələrdə, o cümlədən Türkiyə və digər türkdilli respublikalarda doğru-düzgün təbliğ ediləcək.

Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixinə dair strateji əhəmiyyəti olan problemlər müəyyənləşdiriləcək və bu istiqamətdə birgə tədqiqatlar aparılacaq. Həmçinin sentyabrda Bakıda Tarix İnstitutunun və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda Qafqazın, Mərkəzi Asiyanın və Volqaboyu türk xalqlarının tarixinə dair məruzələr dinləniləcək. Tədbirdə dünyanın tanınmış tarixçi alimlərinin iştirakı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: