www.science.az
30.07.2018 10:08

Şamaxı Astrofizika Rəsədxanası “Açıq qapı” günü keçirib

İyulun 27-dən 28-ə keçən gecə baş verən Ay tutulması və Mars-Yer qarşıdurması hadisəsi ilə əlaqədar olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “Açıq qapı” günü keçirib.

Bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.

Gecə saatlarından başlayaraq 1000-ə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib.

Müşahidə prosesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.

Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.