AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 26-30 iyul 2018-ci il tarixlərində Sinqapur Milli Universitetinin Riyaziyyat İnstitutunun dəvəti ilə bu ali məktəbdə elmi ezamiyyətdə olub.
Azərbaycanlı alim Sinqapur Milli Universitetinin Riyaziyyat və Statistika insitutlarının birgə seminarında “Ehtimal nəzəriyyəsinin müasir problemləri və tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. O, funksional nəzəriyyə və harmonik analiz, riyazi statistikanın müasir problemləri, ehtimal nəzəriyyəsi sahəsindəki son nəticələrinə dair məlumat verib.
Tədbirdə, həmçinin tanınmış riyaziyyatçı Luiz Çen ilə birgə elmi araşdırmalar aparmağa dair razılığa gəlinib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.