Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxı Astrofizika Rəsədxanası “Açıq qapı” günü elan edir
27.07.2018 13:04
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası “Açıq qapı” günü elan edir

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2018-ci ilin Mars-Yer qarşıdurması və bu ilin ikinci Ay tutulması hadisələrini teleskoplarla müşahidə etmək üçün iyulun 27-dən 28-ə keçən gecə “Açıq qapı” günü elan edir.

Qeyd edək ki, cari ilin ikinci Ay tutulması hadisəsi bu gün Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq. Bir saat 43 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq. İyulun 28-də isə Mars - Yer qarşıdurması baş verəcək. Bu zaman Mars Yerə daha yaxın olacaq. Onlar arasındakı məsafə 0.39 a.v. və ya 57.8 mln. km-ə qədər qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq.

Ünvan: Şamaxı r., Y.Məmmədəliyev qəsəbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: