www.science.az
27.07.2018 09:15

İşığın təsiri ilə hərəkət edən material hazırlanıb

ABŞ-ın Tafts Universitetinin tədqiqatçıları işığın təsirinə məruz qaldıqda hərəkət edən maqnit elastomer kompozitlər hazırlayıblar.

naukatv.ru saytının məlumatına görə, biologiyada işığın hərəkətə gətirdiyi (bitkilər günəş işığının düşdüyü istiqamətə doğru uzanırlar) çoxlu nümunələrə rast gəlmək mümkündür. Yeni tədqiqatda təsvir edilən işıq aktuator qurğuları Küri temperaturunun iş prinsipinə əsaslanır. Maqnit materialın qızması və soyuması zamanı onun maqnit xüsusiyyətlərini “işə salmaq” və “söndürmək” olar. Ferromaqnit hissəciklərə malik biopolimer və elastomerlər lazer və ya günəş şüasının təsiri ilə qızararaq maqnit xüsusiyyətlərini yenidən soyuyanadək müvəqqəti itirirlər. Plyonka, süngər və hidrogellər şəklində formalaşan materialın əsas hərəkətləri əyilmə, bağlama və genişlənmə şəklində görünə bilər.

Mütəxəssislərin sözlərinə görə, bu sadə hərəkətləri sürünmə, yerimə və ya üzmə kimi çətin hərəkətlərdə birləşdirmək mümkündür. Həmçinin bu hərəkətləri işıqdan istifadə edərək simsiz şəbəkə vasitəsilə işə salmaq və idarə etmək olar. Bu kimi işıq materialları sadə və mürəkkəb hərəkətləri yerinə yetirən geniş spektrli qurğuların hazırlanmasını təmin edə bilərlər.