Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə XIX əsr Osmanlı tarixini əks etdirən kitab mühafizə olunur
26.07.2018 09:54
  • A-
  • A
  • A+

Muzeydə XIX əsr Osmanlı tarixini əks etdirən kitab mühafizə olunur

Milli Azərbaycan Tarixi Muzeyinin Nadir kitablar fondunda XIX əsr Osmanlı tarixinə dair əsər mühafizə olunur. Müəllifi Rusiya diplomatı, şərqşünas K.Bazili olan əsər “Очерки Константинополя” adlanır. 

Kitab 1835-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub. Əsərdə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhəri haqqında etnoqrafik və coğrafi qeydlər, eləcə də Kiçik Asiya yarımadası və orada yaşayan xalqların təsviri dolğun şəkildə əks olunub. Nəşrdə, həmçinin İstanbulun XIX əsrin I yarısına qədər olan siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr haqqında məlumat verilir.

Kitab İstanbul şəhərinin tarixini tədqiq etmək baxımından böyük əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: