Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.07.2018 14:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alim akademik Aleksandr Tvalçrelidze adına mükafata layiq görülüb

Azərbaycanlı alim akademik Aleksandr Tvalçrelidze adına mükafata layiq görülüb

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə akademik Aleksandr Tvalçrelidze adına mükafatı ilə təltif olunub.

Alim bu mükafata yer elmləri doktoru Şəhla Abdullayeva, Gürcüstan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları S.Kekelia və M.Kekelia ilə birgə hazırladığı “Ada qövsləri poleosistemlərinin qızıl saxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişaf şəraiti” (2015) və “Alp dağlıq-qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları və onların mənşəyi problemi” (2017) adlı monoqrafiyalarına görə layiq görülüb.

Mükafat azərbaycanlı və gürcüstanlı alimlərə Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: