Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının ikinci nömrəsi nəşr olunub
24.07.2018 14:00
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının ikinci nömrəsi nəşr olunub

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Yeni nömrədə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir və Monqolustan alimlərinin məqalələri yer alıb.

Beynəlxalq elmi jurnalın bu sayında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və etnoqrafiya”, “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: