www.science.az
23.07.2018 09:31

Ali məktəblər üçün dərslik: “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Faiq Əliyevin ali məktəblər üçün “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”  adlı dərs vəsaiti çapdan çıxıb.

Dərsliyə muzeyin direktoru, akademik  Rafael Hüseynov “Sözün tarixi - millətin tarixi” adlı müqəddimə yazıb.

Ali məktəblərin bakalavr və magistr pillələri üçün nəzərdə tutulan kitab Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən XVIII əsrə qədərki mərhələlərini əhatə edir. Dərslikdə göstərilən dövrlərdə ədəbiyyatımızın əsas inkişaf istiqamətləri, forma və məzmun xüsusiyyətlərinə nəzər salınıb, VII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının ən mühüm nümunələri və görkəmli nümayəndələri barədə müfəssəl məlumat verilib.

Nəşrin elmi redaktoru akademik  Nizami Cəfərov, rəyçiləri professorlar Kamandar Şərifli və Əsgər Rəsulovdur.

Dərslikdən ali məktəb müəllimləri, doktorantlar və filoloq-mütəxəssislər istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.