Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimyaçı alim Fransada təşkil olunan beynəlxalq simpoziumda iştirak edib
20.07.2018 14:01
  • A-
  • A
  • A+

Kimyaçı alim Fransada təşkil olunan beynəlxalq simpoziumda iştirak edib

Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov Fransanın Tours şəhərində “Həllolunma və tarazılıq prosesləri” mövzusunda keçirilən 18-ci beynəlxalq simpoziumda iştirak edib.

Beş gün davam edən simpoziumda dünyanın bir sıra ölkələrinin elm adamlarının fundamental və tətbiqi elmlərin termodinamik tarazılıq və həllolunma sahələrində apardıqları tədqiqatlarla bağlı məruzələri dinlənilib.

Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən AMEA-nın müxbir üzvü Ə.Abbasov “Sorbent-metal-ion qarışıqlı sistemlərdə tarazılıq” mövzusunda məruzə edib.

Kimyaçı alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, hər il ardıcıl olaraq keçirilən beynəlxalq simpozium çərçivəsində ilk dəfə olaraq məhlullar və onların xalq təsərrüfatında tətbiqinə dair xüsusi sessiya da təşkil edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: