Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutu ilə İtaliyanın Davamlı Bitki Mühafizə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb
20.07.2018 13:49
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə İtaliyanın Davamlı Bitki Mühafizə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Botanika İnstitutu ilə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutu (DBMİ) arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədi Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və DBMİ-nin direktoru, prof. Cian Paola Akkotto imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər arasında ekofiziologiya, bitki mühafizəsi üzrə birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: