www.science.az
17.07.2018 16:56

"Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından “Akademik İsa Həbibbəyli” adlı biblioqrafiya nəşr olunub

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Akademik İsa Həbibbəyli” biblioqrafiyası görkəmli alim və ictimi-siyasi xadim, "Şöhrət" və "Şərəf" ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir. 

Kitabın elmi redaktorları Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovdur. 

Biblioqrafiyaya alimin həmin illərdə dövri mәtbuatda, mәcmuәlәrdә çap olunmuş әsәrlәri, elmi-tәnqidi vә publisistik mәqalәlәri, tәrcümәlәri, redaktә etdiyi kitablar, elmi mәslәhәtçisi, rәhbәri vә opponenti olduğu elmi işlәr, habelә görkәmli alimin hәyat vә yaradıcılığı haqqında materiallar daxil edilib. Nəşrin tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Biblioqrafik göstәricidә әdәbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildә isә әlifba sırası gözlәnilib.

Kitabda AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyevin görkəmli alimin həyatını və çoxşaxəli elmi fəaliyyətini işıqlandıran “Böyük ömrün illәri vә әsәrlәri” adlı ön sözü verilib.

Özündə zəngin informasiyanı əks etdirən geniş elmi, təcrübi əhəmiyyətə malik bu biblioqrafik informasiya mənbəyi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.