Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Türkiyədə beynəlxalq konqresdə iştirak edib
17.07.2018 12:35
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Türkiyədə beynəlxalq konqresdə iştirak edib

12-15 iyul 2018-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Avrasiya təbii qidalanma və sağlam həyat” beynəlxalq konqresi keçirilib.  

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin qatıldığı konqresdə qida təhlükəsizliyi, əkinçilik, üzvi istehsal, sağlam həyat və digər mövzularda müzakirələr aparılıb.

Beynəlxalq tədbirdə ölkəmizi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev iştirak edib.  O, konqresin üçüncü günü "Azərbaycanda torpağın münbitliyinin qorunmasında yerli tullantılardan istifadə" adlı məruzə ilə çıxış edib.

Ə.Quliyev bildirib ki, torpaqların münbitliyini qorumaq və bərpa etmək üçün müasir dünyada geniş tətbiq olunan üsullardan biri də şəhər və məişət tullantılarının ilk emalından sonra kənd təsərrüfatında utilizasiyasıdır. Hazırda dünyanın 50-dən çox ölkəsində çirkab sularından və şəhərin kanalizasiya tullantılarından kənd təsərrüfatında istifadə edildiyini deyən alim rəhbərlik etdiyi institutda üzvi gübrələrin alınması, istifadəsi üzərində elmi-tədqiqat işlərinin aparıldığını bildirib. 

Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.        

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: