Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XIX əsr Qarabağ ədəbi mühitinin aynası olan “Təzkireyi-Nəvvab” yenidən nəşr olunub
16.07.2018 16:10
  • A-
  • A
  • A+

XIX əsr Qarabağ ədəbi mühitinin aynası olan “Təzkireyi-Nəvvab” yenidən nəşr olunub

Görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” adlı əsəri “Elm” nəşriyyatında çapdan çıxıb. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi şurasının qərarı ilə işıq üzü görüb.

İki hissədən ibarət olan təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi kimi 35 sənətkar, ikinci hissədə isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhi Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və digər 56 şair haqqında məlumat verilib, onların əsərlərindən nümunələr təqdim edilib. 

Qeyd edək  ki, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri ilk dəfə 1998-ci ildə nəşr olunub. Yeni təzkirənin mətni akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən redaktə olunub. Kitaba əvvəlki nəşrdə olmayan geniş adlar göstəricisi - indeks və 25 Qarabağ şairinin avtoqraf əlyazma nümunələrinin surətləri əlavə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: