Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi ABŞ-ın nüfuzlu jurnalında çap olunub
16.07.2018 12:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi ABŞ-ın nüfuzlu jurnalında çap olunub

Azərbaycanın tanınmış cərrah-uroloqu, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev və həmin universitetin Urologiya kafedrasının Tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Talıb Talıbovun həmmüəlifi olduqları “İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicə üsulunun seçilməsi” adlı məqalə ABŞ-ın nüfuzlu “American Journal of Clinical and Experimental Medicine” jurnalında çap olunub.

ABŞ alimləri məqaləni yüksək qiymətləndirərək müəllifləri jurnalla əməkdaşlıq etməyə, birgə fəaliyyət göstərməyə dəvət ediblər.

Qeyd edək ki, elmi tədqiqat və icmal məqalələrin dərc olunduğu “American Journal of Clinical and Experimental Medicine” jurnalı “Thomson Reuters” elmi bazasına daxildir. Həmçinin "CrossReff", "Worldcat", "Journal Seek", "Academic Keys" kimi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: