Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” jurnalının növbəti nömrəsi nəşr olunub
13.07.2018 13:22
  • A-
  • A
  • A+

“Elm və həyat” jurnalının növbəti nömrəsi nəşr olunub

AMEA-nın elmi-populyar jurnalı olan “Elm və həyat”ın yeni nömrəsi nəşr olunub.

Jurnalın yeni nömrəsində tarix, ədəbiyyat, etnoqrafiya, fizika, kimya, kibernetika, astronomiya və digər elm sahələrinə aid müxtəlif yazılar oxuculara təqdim olunub.

Nəşrdə fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Qasımovun “Qloballaşma mühitində universitetlər” və fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovun “Alvin Plantinqa – XX əsrin analitik epistemoloqu” və s. mövzularda məqalələr yer alıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: