Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
11.07.2018 13:30
  • A-
  • A
  • A+

“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tədqiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiyası çapdan çıxıb.

Nəşr ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən görkəmli rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin zəngin bədii irsinin təbliği baxımından əhəmiyyətlidir.

Bölmənin sədri, akademik İsmayıl Hacıyevin məsləhəti ilə işıq üzü görən monoqrafiyada çoxsaylı arxiv sənədləri və tədqiqatçıların fikirləri əsasında Naxçıvanın keçmiş tarixini, mədəniyyətini, adət-ənənələrini əsərlərində tərənnüm edən Şamil Qazıyevin həyat və yaradıcılıq yolu tədqiq edilib. Nəşrdə rəssamın yaradıcılığında əsas yer tutan, Naxçıvana həsr etdiyi əsərləri ümumiləşdirilərək ilk dəfə “Köhnə Naxçıvan” silsiləsi adı ilə verib. Həmçinin kitabda Qusar mənzərələri “Qusar” silsiləsi başlığı altında oxuculara təqdim olunub.

Müəllif “Köhnə Naxçıvan” silsiləsinin etnoqrafik zənginliyini XX əsr Azərbaycan mədəniyyətinin, Naxçıvan diyarının xalq məişəti ənənələrinin tədqiqi baxımdan dəyərləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: