www.science.az
11.07.2018 10:01

Türkiyəli mütəxəssis AMEA-nın Əlyazmalar İnstitutunda olub

İyulun 4-də Konyada yerləşən Əlyazma Əsərlər Bölgə Müdirliyinin rəhbəri, professor Bəkir Şahin və Türkiyənin ölkəmizdəki səfirliyinin dini işlər üzrə müşaviri, professor Kamil Günəş AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Qonaqlar institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovla görüşüblər.

Görüşdə əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin ortaq fəaliyyətinin zəruriliyi vurğulanıb, birgə görülə biləcək işlər, həyata keçiriləcək layihələrə dair müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.