İyulun 9-da AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşlarının iştirakı ilə görüş təşkil olunub.
Görüşdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları ilə birgə AMEA YT Parkda icra olunan və İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqat işləri aparılan hərbi və mülki təyinatlı layihələr müzakirə edilib.
İcra olunan layihələr Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və onların ölkəmizin müdafiə qüdrətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.