Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar Elmlər Bölməsinin növbəti ümumi yığıncağı keçirilib
09.07.2018 11:23
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin növbəti ümumi yığıncağı keçirilib

İyulun 6-da Humanitar Elmlər Bölməsinin (HEB) növbəti ümumi yığıncağı keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən tədbirdə bölmənin akademik-katibi, akademik Teymur Kərimli, büro üzvləri, HEB-in tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

İclasda bölmənin akademik-katibinin müavinlərinin və büro üzvlərinin seçkiləri keçirilib.

Səsvermənin nəticələrinə görə, akademik Muxtar İmanov və  AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə HEB-in akademik-katibinin müavinləri seçiliblər.

Bundan başqa, iclasda bölmənin bürosunun yeni tərkibi də müəyyənləşib. Akademiklər Kamal AbdullayevMöhsün Nağısoylu, AMEA-nın müxbir üzvləri -  Cəfər QiyasiNüşabə AraslıTehran Mustafayev və Kamran Əliyev HEB-in büro üzvləri, akademik Rafael Hüseynov, AMEA-nın professoru Aynur Sabitova və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı isə məşvərətçi səslə bölmənin üzvləri seçiliblər.

Bölmə nəticələrin təsdiqi üçün AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: