İyulun 6-da AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə İctimai Elmlər Bölməsinin (İEB) növbəti ümumi yığıncağı keçirilib.
Tədbirdə İEB-in akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.
Əvvəlcə akademik İ.Həbibbəyli iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra bölmənin akademik-katibi müavinlərinin və büro üzvlərinin seçkiləri keçirilib.
Səsvermənin nəticələrinə görə, akademik Şahin Mustafayev və AMEA-nın müxbir üzvü Könül Bünyadzadə akademik-katibin müavinləri, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü Məsumə Məlikova, Şahbaz Muradov, Musa Qasımlı, Akif Musayev büronun üzvləri seçiliblər.
Həmçinin İEB-in məşvərətçi səslə bölmə üzvlüyünə tarix üzrə elmlər doktorları Maisə Rəhimova, Məryəm Seyidbəyli, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, iqtisad üzrə elmlər doktoru Nazim İmanov və hüquq üzrə elmlər doktoru Aytən Mustafayevanın namizədliyi irəli sürülüb.
Bölmə nəticələrin təsdiqi üçün AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.