Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Problemləri  üzrə Elmi Şuranın növbəti iclası keçirilib
05.07.2018 11:31
  • A-
  • A
  • A+

Tarix Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

İclası şuranın sədri, akademik Şahin Mustafayev açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

O, ölkənin müxtəlif elmi müəssisələrində tarix elmi sahəsində tədqiq olunan problemlərin aktuallığına və elmi dəyərinə, dissertasiya mövzularının müasir tarix elminin inkişaf tələblərinə cavab verməsinə nəzarətin şuranın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, şura bu sahədə öz işini gücləndirməli, tarix elmi qarşısında duran və tədqiqinə ehtiyac duyulan prioritet problemlərin və mövzuların müəyyənləşdirilməsinə diqqəti artırmalı və gənc alimlərə tövsiyələrini bildirməlidir.

Sonra iclasda vətən, ümumi, arxeologiya, etnoqrafiya və etnologiya, beynəlxalq münasibətlər tarixi, tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları kimi ixtisaslar üzrə təqdim olunan 24 dissertasiya mövzusu müzakirə edilib. 

Müzakirələr nəticəsində 4-ü elmlər, 20-si isə fəlsəfə doktorluğu olmaqla dissertasiya mövzuları dəqiqləşdirilib, tövsiyələr verilərək təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: