Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türkiyəli professor AMEA-nın Əlyazmalar İnstitutunda olub
05.07.2018 11:10
  • A-
  • A
  • A+

Türkiyəli professor AMEA-nın Əlyazmalar İnstitutunda olub

Türkiyənin Konya şəhərindəki Əlyazma Əsərlər Bölgə Müdirliyinin rəhbəri, professor Bəkir Şahin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Qonaq ilə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov arasında keçirilən görüşdə əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Həmçinin gələcəkdə birgə görülə biləcək işlər, həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: