Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Tokio Universitetində təcrübə keçib
02.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Tokio Universitetində təcrübə keçib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, institutun Gənc alim və mütəxəssislər şurası və Tovuz Arxeoloji Ekspedisiyasının üzvü Valeh Ələkbərov Yaponiyanın Tokio Universitetində arxeologiya elm sahəsi üzrə və qazıntılardan aşkar olunmuş materialların elmi ekspozisiyasının təşkil olunması istiqamətində yeni biliklərin əldə olunması məqsədilə qısamüddətli təcrübədə olub. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsi layihəsi çərçivəsində gerçəkləşdirilib.

Layihənin rəhbəri V.Ələkbərov Yaponiyada olduğu 21 gün müddətində arxeoloji materialların elmi ekspozisiyasının, Yaponiyada mövcud olan muzeylərin və arxeoloji qazıntı yerlərində yaradılmış arxeoparkların təşkilində tətbiq edilən ən müasir metodologiya ilə yaxından tanış olub. Həmçinin V.Ələkbərov yeni biliklərin əldə edilməsi, arxeoloji qazıntılarda tətbiq olunan yeni qazıntı metodları və aşkar edilmiş materiallarla işləmək bacarığının artırılması məqsədilə, bu sahələrdə ixtisaslaşmış yapon mütəxəssisləri olan professor Yoşihiro Nişiyaki (Tokio Universiteti), doktor Keniçi Tano (Vaseda Universiteti), doktor Seyci Kadovaki (Nagoya Universiteti), doktor Hiroto Nakata (Tokio Universiteti) tərəfindən tərtib edilən plana uyğun olaraq elmi seminarlarda və onlarla birgə praktiki işlərdə iştirak edib.

Təcrübənin sonunda V.Ələkbərov Yaponiyanın Tokio Universitetinin tələbə, müəllim və professor heyəti qarşısında təqdimatla çıxış edib.

Qeyd edək ki, Valeh Ələkbərovun bu sahədə qazandığı elmi biliklər gələcəkdə Azərbaycanda yaradılması nəzərdə tutulan arxeoloji muzeylərin, arxeoparkların və açıq səma altında muzeylərin təşkil olunmasında və sərgilənməsində, o cümlədən, arxeoloji tədqiqatlarda ən son texnoloji yeniliklərin tətbiqində və ümumilikdə, arxeologiya elminin inkişafında mühüm əhəmiyyətə malik olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: