Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunun gənc mütəxəssisləri İtaliyada elmi ezamiyyətdə olublar
03.07.2018 11:47
  • A-
  • A
  • A+

Fizika İnstitutunun gənc mütəxəssisləri İtaliyada elmi ezamiyyətdə olublar

AMEA Fizika İnstitutunun bir qrup gənc mütəxxəsisi İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) Elektronika və Maqnetizm üçün Materiallar İnstitutunda (İMEM) bir həftəlik ezamiyyətdə olublar.

Səfərdə məqsəd AMEA ilə CNR-in saziş və əməkdaşlıq proqramına əsasən 2017-2018-ci illər üçün müsabiqədə qalib olmuş “Çeviricili Ge/Si əsaslı sensorlar və germnium və karbon nanostrukturları əsasında partlayıcı detektorlar“, eyni zamanda, NATO-nun Sülh və Əməkdaşlıq naminə Elm Proqramının  “İnsan iştirakı olmadan partlayıcı aşkar etmək üçün portativ sensorlar“  adlı layihələr  çərçivəsində  elmi tədqiqat işlərinin aparılması və seminarda müzakirəsi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: