Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı nömrəsi işıq üzü görüb
03.07.2018 11:16
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı nömrəsi işıq üzü görüb

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı sayı işıq üzü görüb.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin “Səfəvi dövrü Azərbaycan xalçaları ingilisdilli tarixşünaslıqda”, “Naxçıvan xalçalarında buta naxışının inkişaf xüsusiyyətləri”, “Şah Səfi dövründə ipək ticarətinin inkişafına zəmin yaradan amillər”, “İpək Şərq xalçaları və onların rəmzi məzmunlu naxışları”, “Azərbaycan xalçalarındakı ərəb qrafikalı yazılar ulu tariximizdir”, “Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarına məxsus bayraqlarda şir simvolu”, “Şəbəkəçilik sənəti haqqında”, “Rusiya-Qacar müqavilələrinin Azərbaycan xalqının taleyində həlledici rolu (diplomatik aktların tarixi-analitik aspekti)”, “Azərbaycan xalçaları şifahi xalq ədəbiyyatında”,  “Qobustanın qayaüstü incəsənəti”, “Türkmən tikmələrində xalça ornamentlərinin təkamülü”, “Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mədəniyyəti” adlı məqalələr yer alıb.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.       

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N26/ ünvanında tanış ola bilərlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: