Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.07.2018 09:27
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Misir Mərdanov “Türk Dünyası Mükafatı” ilə təltif olunub

AMEA-nın müxbir üzvü Misir Mərdanov “Türk Dünyası Mükafatı” ilə təltif olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileyinə həsr edilən “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda IV beynəlxalq simpozium keçirilib.

Beynəlxalq simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış alim və mütəxəssisləri, AMEA-nın nümayəndələri, Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər  Birliyi, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Azərbaycanda riyaziyyat təhsilinin inkişaf tarixi” mövzusunda məruzə ilə çıxış edib.

M.Mərdanov türk dünyasına göstərdiyi xidmətlərinə görə “TURKCESS 2018” idarə heyəti tərəfindən “Türk Dünyası Mükafatı” ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: