Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.06.2018 12:25
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. Müzakirədən sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Nərmin Məmmədovanın Çinə ezam olunması ilə bağlı müvafiq qərar qəbul olunub.

Tədbirdə bir sıra kadr məsələlərinə baxılıb. Bölmə tarix üzrə fəlsəfə doktorları Rəşad Rüstəmov və İradə Əliyevanın AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Gülsurə Mehdiyevanın AMEA-nın Elm Tarixi İnstitutunda aparıcı elmi işçi, hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun həmin institutda baş elmi işçi, Aynur Babayevanın isə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrinə təsdiq olunmaları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Sonda cari məsələlər müzakirə edilib. Akademik Cahangir Kərimovun 95 illik və AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 80 illik yubileylərinin keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: