Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Türk dünyasından olan ölkələrin elmlər akademiyalarının nümayəndələri muzeyi ziyarət ediblər
29.06.2018 11:55
  • A-
  • A
  • A+

Türk dünyasından olan ölkələrin elmlər akademiyalarının nümayəndələri muzeyi ziyarət ediblər

28 iyun 2018-ci il tarixində “Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda beynəlxalq konfransın açılışında iştirak edən türkdilli dövlətlərin elmlər akademiyalarının nümayəndələri AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Türkiyə, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən olan alimləri muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Akademik türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.

Qonaqlar Azərbaycan tarixinin, mədəniyyətinin əks olunduğu ekspozisiya zalları, həmçinin muzeydə fəaliyyət göstərən Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi ilə də yaxından tanış olublar.

Sonra qonaqlar muzeyin rəy kitabında muzeylə bağlı fikirlərini bildirib, xoş təəssüratlarını bölüşüblər. Onlar gələcəkdə muzeylə qarşılıqlı elmi-mədəni əməkdaşlıq əlaqələrinin qurulmasını təklif ediblər.

Daha sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı Türk dünyasından olan Elmlər Akademiyalarının nümayəndələrinə muzeyin nəşrləri – kitab-albom, kataloq və bukletlər hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: