Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Amin İsmayılov “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqədə qalib olub
28.06.2018 16:06
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Amin İsmayılov “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqədə qalib olub

“Azərkosmos”ASC tərəfindən “Azersky”ın peyk təsvirlərinin və geo-informasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” adlı müsabiqə keçirilib.

Müsabiqəyə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq informasiyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılovun “Peyk şəkillərindən istifadə etməklə torpaq deqradasiyasının öyrənilməsi və xəritələşdirilməsi (Lənkəran ovalığının ərazisinin timsalında)” layihəsi təqdim edilib.

Layihə qiymətləndirmə mərhələlərini uğurla keçərək qaliblər sırasında yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: