Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2018 14:29
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra elmi müəssisələrinin həmkarlar təşkilatlarının sədrləri döş nişanı ilə təltif olunublar

AMEA-nın bir sıra elmi müəssisələrinin həmkarlar təşkilatlarının sədrləri döş nişanı ilə təltif olunublar

AMEA-nın Azad Həmkarlar İttifaqınının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

Bildirib ki, AMEA-nın bir sıra elmi müəssisələrinin həmkarlar təşkilatlarının sədrləri səmərəli fəaliyyətlərinə görə "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik Yubiley döş nişanı" ilə təltif olunublar.

Daha sonra Əlyazmalar İnstitutunun Həmkarlar Təşkilatının sədri Zahidə Hacıyeva, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Təşkilatının sədri Məmməd Məmmədov, İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Paşa Tanrıverdi, İdarəetmə Sistemləri İnstitutunun Həmkarlar Təşkilatının sədri Zəhra Əzizova və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Həmkarlar Təşkilatının sədri Ceyran Qənbərliyə döş nişanları təqdim edilib.

Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri Tahir Orucov isə MDB ölkələrinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının yubiley diplomuna layiq görülüb.

İclasda, həmçinin AHİ-nin Rəyasət Heyətinin üzvü Əbuzər Ələkbərov 65 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunub.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: