Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurası beynəlxalq elmi-ictimai fəaliyyətini genişləndirir

AMEA Gənc Alim və Mütəxəssislər Şurası beynəlxalq elmi-ictimai fəaliyyətini genişləndirir

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə dokoru Famin Salmanov və sədrin müavini, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev Beynəlxalq Elmlər Akademiyasının (Sağlamlıq və Ətraf mühit) Rusiya bölməsinin dəvəti ilə 24-25 aprel 2014-cü il tarixlərdə Moskva Dövlət Universitetinin (MDU) Stavropol filialında olublar. Alimlər “Davamlı inkişafla əlaqədar təhsilin orientasiyasında müasir gəncliyin rolu” mövzusunda elmi-praktiki konfransda Azərbaycanı təmsil ediblər. Şuranın fəaliyyətinin miqyası və coğrafiyasının genişləndirilməsilə əlaqədar, yeni beynəlxalq münasibətlərin qurulması və müştərək elmi-ictimai tədbirlərin təşkili məsələlərinin gələcək perspektivləri haqqında MDU-nun prorektoru, Dərbənd və Anapa filiallarının direktorları, Şoloxov adına Rusiya Dövlət muzeyinin direktor müavini ilə səmərəli göruşlər keçirilib.

Bundan başqa, M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru Nataliya Nikolayevna Sotnikova ilə keçirilən görüşdə AMEA GAMŞ-nin Humanitar və İctimai Elmlər Bölməsi ilə universitetin gənc alim və mütəxəssislərinin gələcək elmi əməkdaşlığına dair razılaşmalar əldə olunub. Konfransda, həmçinin F.Salmanovun AMEA-nın gənc alim və mütəxəssisləri: nailiyyətlər, prespektivlər, problemlər və onların həlli yolları adlı geniş məruzəsi dinlənilib.

Sonda gənc alimlərə diplom və sertifikatlar təqdim olunub və konfransın Təşkilat Komitəsinin adından nümayəndə heyətinin layiqli və peşəkar təmsilçiliyi ilə əlaqədar AMEA rəhbərliyinə təşəkkür məktubu göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: