www.science.az
27.06.2018 11:16

Türkmənistanın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Əlyazmalar İnstitutunda olub

25 iyun 2018-ci il tarixində Türkmənistanın ölkəmizdəki səfiri, cənab Mekan İsanquliyev, Tükmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Hezretqulu Durdjiyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Qonaqları Əlyazmlar İnstitutunun elmi işlər üzrə direktor müavinləri - filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılayıblar.

Görüşdə A. Əliyeva-Kəngərli qonaqlara Əlyazmalar İnstitutunun tarixi, elmi fəaliyyət istiqaməti haqqında məlumat verib.

P.Kərimov İnstitutda qorunan qədim əlyazmalar haqqında məlumat verib və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra qonaqlar İnstitutun Ekspozisiya zalında olublar. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov onları ekspozisiya zalında nümayiş olunan əlyazmalarla tanış edib.

Sonda qonaqlar Əlyazmlar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.