Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.06.2018 12:51
  • A-
  • A
  • A+

Ölkənin ali təhsil müəssisələri Avropanın elm və təhsil qurumları ilə əməkdaşlığı gücləndirəcək

Ölkənin ali təhsil müəssisələri Avropanın elm və təhsil qurumları ilə əməkdaşlığı gücləndirəcək

İyunun 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov imzalayıblar.

Müqavilədə EaPConnect layihəsi çərçivəsində Avropa Birliyinin göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlığının gücləndirilməsi, EaPConnect layihəsi çərçivəsində institutun GEANT Şəbəkəsinə qoşularaq əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə verilməsi kimi məsələlər əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: