Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.06.2018 13:11
  • A-
  • A
  • A+

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru ilə görüş keçirilib

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru ilə görüş keçirilib

İyunun 22-də AMEA Folklor İnstitutunda Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə görüş keçirilib.

Görüşdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulayıb. O, Əhməd Sami Elaydinin  Azərbaycan-Misir dostluq əlaqələrinin inkişafında və Azərbaycan  mədəniyyətinin ərəb dünyasında təbliği istiqamətindəki xidmətləri, eləcə də Azərbaycan ədəbiyyatı və folkloru ilə bağlı apardığı araşdırmaları, tərcüməçilik fəaliyyəti barədə ətraflı məlumat verib. Akademik M.İmanov ölkələr arasında qurulan dostluq münasibətlərinin və birgə həyata keçirilən müştərək layihələrin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Ə.S.Elaydi rəhbərlik etdiyi elm ocağının yaranma tarixin, fəaliyyəti, Azərbaycanda müvafiq qurumlarla əməkdaşlığı və ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsindəki rolundan danışıb. O, Azərbaycan folklor nümunələrinin ərəbcəyə tərcüməsi, Folklor İnstitutu ilə müştərək tədqiqatların aparılması istiqamətində layihələrin hazırlanmasının önəmini qeyd edib.

Ə.S.Elaydi beynəlxalq Qahirə kitab sərgisində Azərbaycanla bağlı stendin qurulduğunu və burada ölkəmizin ədəbiyyatı, mədəniyyəti ilə bağlı məlumatların, xüsusilə Qarabağ həqiqətlərini əks etdirən çap materiallarının nümayiş olunduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: