Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi açılıb
21.06.2018 09:40
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi açılıb.

Sərgidə kitabxananın fondlarında mühafizə olunan “Milli qəhrəmanlarımız”, “Azərbaycanda Ali baş komandanlıq institutunun Heydər Əliyev mərhələsi”, “Azərbaycanın hərb tarixi”, “General Əliağa Şıxlinski”, “Azərbaycan ordusu”(1918-1920), “Generalı xatırlayarkən”, “Qüdrətli ordumuz”, “Azərbaycanın orta əsr silahları”, “Hərbi məktəblərin banisi”, “General Əbilov”, “Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyat” (1918-1920), “Ali baş komandanım”, “Azərbaycan hərbi dənizçilik tarixi”, “Hərbi topoqrafiyanın və geodeziyanın əsasları”, “Raket və reaktiv yanacaqları” kimi kitablar nümayiş olunur.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloqunda qeyd olunaraq kitabxananın 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında da yerləşdirilib. 

Sərgi iyul ayının 3-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: