Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İnnovasiya müsabiqəsi”nin təqdimat mərasimi keçirilib
20.06.2018 10:05
  • A-
  • A
  • A+

“İnnovasiya müsabiqəsi”nin təqdimat mərasimi keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında AR İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş “İnnovasiya müsabiqəsi”nin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlər, dəstəkləyici proqramlar və qəbul edilmiş strateji sənədlər barədə məlumat verib. Eyni zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsi, o cümlədən innovasiyalara investisiya qoyuluşlarının artırılmasının əsas strateji istiqamət olduğunu qeyd edib.

Sonra AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək innovasiyaların vacibliyi və innovativ fəaliyyətin önəmindən bəhs edib.

İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov müsabiqənin məqsədi və şərtləri haqqında təqdimatla çıxış edib.

Bundan əlavə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov “İdea Bank” vasitəsilə layihələrin qəbulu barədə təqdimatla çıxış edib.

Sonda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: