www.science.az
29.04.2014 00:00

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçiriləcək

30 aprel 2014-cü il tarixdə, saat 10.00-da AMEA-nın Əsas binasında AMEA Coğrafiya İnstitutu tərəfindən Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçirləcək.

Qurultayda qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq, cəmiyyətin hesabatı, məruzəçilərin çıxışları dinləniləcək, təşkilati məsələlərə baxılacaq, “Coğrafiya Cəmiyyətinin Əsərləri” jurnalının təsis olunması, Coğrafiya Cəmiyyətinin elektron saytının təqdimatı, Cəmiyyətin loqosunun seçilməsi və təsdiqi, növbəti konfransının keçirilməsi haqqında və s. kimi məsələlər müzakirə olunacaqdır.

Qeyd edək ki, tədbirə KİV nümayəndələri də dəvət edilir.

Ünvan: Bakı ş., H. Cavid pr. 115, AMEA-nın əsas binası, 2-ci mərtəbə, akt zalı.

Xanım Rzazadə,

AMEA akad. H.Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələrə

məsul əməkdaşı

 

Əlaqə: (012) 538 59 76

xrzazadeh@gmail.com