www.science.az
19.06.2018 14:47

AMEA-nın prezidenti "Elm və İnnovasiya" proqramının qonağı olacaq

İyunun 19-da saat 22:00-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Verilişdə son 5 ildə Azərbaycanda elmi fəaliyyət sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və perspektivlərə dair fikir mübadiləsi aparılacaq.

Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.