Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İqtisadiyyat İnstitutunda Xanbat Koreya Milli Universitetinin vitse-prezidenti ilə görüş keçirilib
14.06.2018 12:22
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Xanbat Koreya Milli Universitetinin vitse-prezidenti ilə görüş keçirilib

Xanbat Koreya Milli Universitetinin vitse-prezidenti, professor Jon-in Çoi AMEA İqtisadiyyat İnstitutunda olub. O, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovla görüşüb.

Görüşdə innovasiya və texnologiyalar sahəsində Azərbaycan-Koreya birgə layihəsinin həyata keçirilməsinə təşəbbüs göstərmək barədə razılığa gəlinib.

Professor Jon-in Çoi təmsil etdiyi qurumun elm, innovasiya və yüksək texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, prof. Jon-in Çoinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-dən 14-dək AMEA Yüksək Texnologiyalar Parkında keçirilən seminarda iştirak etmək üçün Bakıda səfərdədilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: