İyunun 20-də saat 10:00-da AMEA-nın Əsas binasında akademik Vahid Hacıyevin 90 illiyinə həsr olunan “Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfrans keçiriləcək.
Tədbir AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq.
İki gün davam edəcək konfransda "Bitki sistematikası, təkamülü və müxtəlifliyi", "Mikoloji tədqiqatlar: müxtəliflik, sistematika və təkamül", "Bitki ehtiyatları və səmərəli istifadə yolları", "Bitkilərin fiziologiyası, biokimyası və biofizikası", "Ətraf mühit və ekosistem tədqiqatları" və "Sahələrarası tədqiqatlar" bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Ünvan: Bakı şəh., H.Cavid prospekti 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.